30 Aprel 2025 12:00

Yeni Klinika nüfuzlu mükafata layiq görüldü

Yeni Klinika - Yeni Klinika nüfuzlu mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib.

Dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri və həmkarlar ittifaqlarının iştirak etdiyi tədbirdə Yeni Klinika AHİK tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyası üzrə təltif edilib. Mükafat təntənəli şəkildə Yeni Klinikanın direktoru Barat Yusubova təqdim edilib.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sosial rifah sahəsində islahatlardan, elektron xidmətlərdə əldə olunan nailiyyətlərdən və əməyin mühafizəsi üzrə görülən işlərdən bəhs edib. AHİK sədri Sahib Məmmədov rəqəmsallaşmanın əmək bazarına təsirinə toxunaraq, işçilərin yeni bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb. ASK prezidenti Məmməd Musayev isə sahibkarlığın inkişafı və təhlükəsiz əmək mühitinin yaradılması məsələlərinə diqqət çəkib.

Tədbirə beynəlxalq qurumların rəhbərləri videomüraciətlə qatılaraq əmək hüquqları və süni intellektin rolu barədə fikirlər səsləndirilib.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Layiqli Əmək Səfiri Səbinə Əliyeva və digər rəsmilər insan amilinin qorunmasının eyni zamanda texnoloji yeniliklərə uyğun hüquqi yanaşmanın əhəmiyyətindən danışıblar.

Panel müzakirələrdə “Əməyin mühafizəsi: reallıqlar və trendlər” və “Süni intellekt, rəqəmsallaşma: risklər və imkanlar” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Photos Gallery

Digər xəbərlər