Yeni Klinikanın Kardiologiya şöbəsinin müdiri, invaziv-kardioloq Şahanə Ələsgərli, invaziv-kardioloq Gülay Məmmədova, həkim-nefroloq Taleh Nağdəliyev və həkim-rezident Anar Kərimxanovun müəllifi olduqları “From Stroke to the Final Diagnosis: Cardiac Amyloidosis” adlı məqalə beynəlxalq elmi nəşr olan “Cureus Journal of Medical Science” jurnalında dərc olunub. Məqalədə 43 yaşlı pasiyentdə kompleks müayinələr nəticəsində ürək amiloidozunun aşkarlanması və diaqnostik yanaşmalar təqdim edilib.
Bununla yanaşı, Kardiologiya şöbəsinin 4-cü kurs rezidenti Şövkət Cavadova Avropa Kardiologiya Cəmiyyətinin (ESC) “Yetkin şəxslərin Transtorakal Exokardioqrafiyası” üzrə sertifikasiya imtahanından uğurla keçərək beynəlxalq sertifikat əldə edib.
Ş.Cavadova Azərbaycanda rezidentura təhsili müddətində bu sertifikata layiq görülən ilk həkimdir.
Bu nailiyyətlər Yeni Klinikanın əməkdaşlarının beynəlxalq elmi və peşəkar platformalarda təmsil olunmasının, müasir tibbi bilik və bacarıqların inkişafına verdikləri töhfənin göstəricisidir.
Mütəxəssislərimizi təbrik edir, gələcək fəaliyyətlərində yeni elmi və peşəkar uğurlar arzulayırıq!
Yeni Klinika “ASAN Məktub” sosial proqramı ilə birgə uşaqların arzularını gerçəkləşdirdi
Yeni Klinikada canlı yayımda minimal invaziv yolla orqanqoruyucu əməliyyat icra olunub