30 Sentyabr 2026 12:00

Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib

Yeni Klinika - Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib

Yeni Klinikada Britaniya-Azərbaycanlı Həkim və Stomatoloqlar Assosiasiyasının (ABADD) rəhbəri ilə görüş keçirilib.

Görüş çərçivəsində Yeni Klinikanın direktoru Zəhra Vəzirova, ABADD-nin baş icraçı direktoru Fidan İsrafilbəyli, tibb müəssisəsinin Terapiya, Mama-ginekologiya, Ümumi cərrahiyyə şöbələrinin həkim-mütəxəssislərinin iştirakı ilə canlı tibbi konsilium təşkil edilib.

Konsilium zamanı pasiyentin vəziyyəti ilə bağlı müayinə və laborator nəticələr birgə dəyərləndirilib, klinik vəziyyəti ətraflı müzakirə olunaraq yekun diaqnoz müəyyənləşdirilib.

Dəyirmi masa müzakirələrində tərəflər arasında teletibbin təşkili, onlayn konsiliumların keçirilməsi, birgə tədqiqat layihələrinin reallaşdırılması, kliniki audit və rəqəmsal həllərin tətbiqi istiqamətində əməkdaşlıq həmçinin beynəlxalq konfranslarda iştirak imkanları nəzərdən keçirilib.

Görüş gələcək birgə təşəbbüslərin formalaşdırılması, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və peşəkar əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrlə yekunlaşıb.

Photos Gallery

Digər xəbərlər