22 Sentyabr 2026 12:00

Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub

Yeni Klinika - Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub

Yeni Klinikanın invaziv kardioloqu Gülay Məmmədova Almaniyanın Münhen şəhərində keçirilən Avropa Kardiologiya Cəmiyyətinin (ESC) ən böyük illik elmi tədbirlərindən biri — “ESC Congress 2026”da iştirak edib.

Konqres çərçivəsində Gülay Məmmədova rəqəmsal kardiologiya və süni intellektə həsr olunan iki elmi sessiyada həmsədr qismində çıxış edib.

Sessiyalarda miokard infarktının süni intellekt vasitəsilə proqnozlaşdırılması və rəqəmsal texnologiyaların gündəlik klinik praktikaya inteqrasiyası müzakirə olunub.

Konqresdə təqdim edilən yeni elmi yanaşmalar ürək-damar xəstəliklərinin daha erkən aşkarlanması, risklərin daha dəqiq qiymətləndirilməsi, fərdiləşdirilmiş müalicə qərarlarının verilməsi və pasiyentlərin davamlı izlənilməsində müasir texnologiyaların imkanlarını ön plana çıxarıb.

Beynəlxalq elmi təcrübənin mənimsənilməsi tibbi xidmətlərin müasir yanaşmalar əsasında təkmilləşdirilməsinə və pasiyentlərə daha effektiv tibbi xidmət göstərilməsinə xidmət edir.

Photos Gallery

Digər xəbərlər