Yeni Klinikanın Uşaq reanimasiya və intensiv terapiya (PİCU) komandası ağır vəziyyətdə daxil olan körpənin həyatını xilas edib.
Klinikaya pnevmoniya, tənəffüs çatışmazlığı, epileptik status, psixomotor inkişaf geriliyi ilə ağır vəziyyətdə daxil olan 1 yaş 7 aylıq körpənin dərhal Uşaq reanimasiya və intensiv terapiya şöbəsində müalicəsinə başlanılıb.
Müayinə zamanı döş qəfəsinin rentgenoqrammasında hər iki ağciyərdə geniş yayılmış pnevmoniya ocaqları və leykosit sayı 145 10^3/ul müşahidə olunub. Körpəyə dərhal yüksək axınlı nazal kanyul oksigen terapiyası, antibiotikoterapiya və antiepileptik müalicə başlanılıb.
Müalicə prosesi Uşaq reanimasiya və intensiv terapiya şöbəsinin həkimi Nərmin Əkbərova, şöbə müdiri Nərmin Qiyasbəyli, reanimasiya kollektivi, metabolizma üzrə mütəxəssis Ləman Əlirzayeva və uşaq nevroloqu Ceren Bubinoğlu Amirov tərəfindən koordinasiyalı şəkildə aparılıb.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tətbiq olunan kompleks və multidisiplinar müalicə nəticəsində pasiyentin vəziyyətində mərhələli şəkildə müsbət dəyişikliklər əldə olunub.
Pasiyent ümumilikdə 22 gün reanimasiya şöbəsində, daha sonra 4 gün stasionar şəraitdə müalicə edilib. Hal-hazırda sağlamlıq durumu stabildir və ambulator müalicə üçün evə buraxılıb.