05 May 2026 12:00

5 May – Ümumdünya Əl Gigiyenası Günü

Yeni Klinika - 5 May – Ümumdünya Əl Gigiyenası Günü

Sadə görünən bir qaydaya əməl etməmək – əl gigiyenasına laqeyd yanaşmaq müxtəlif yoluxucu xəstəliklərin sürətlə yayılmasına və ciddi sağlamlıq risklərinə səbəb ola bilər.

5 May – Ümumdünya Əl Gigiyenası Günü münasibətilə Yeni Klinikada tibb işçiləri üçün “Əl gigiyenası və infeksiyaların profilaktikasında rolu” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim zamanı əl gigiyenasının yoluxucu xəstəliklərin qarşısının alınmasındakı həlledici rolu, tibb müəssisələrində düzgün gigiyenik davranış qaydaları və bu sahədə davamlı maarifləndirmənin əhəmiyyəti aydın və praktiki nümunələrlə iştirakçılara çatdırılıb.

Yeni Klinikada bu istiqamətdə olan təlimlər sistemli şəkildə davam etdirilir. Belə ki, hər ayın 4 günü əl gigiyenasına həsr olunan təlimlər keçirilir və tibb əməkdaşlarının bilik və bacarıqları mütəmadi olaraq yenilənir.

Unutmayaq ki, əl gigiyenasının təşviqi yalnız səhiyyə işçiləri üçün deyil, bütövlükdə cəmiyyətin sağlamlığının qorunması baxımından əhəmiyyətlidir.

Photos Gallery

Digər xəbərlər