24 Sentyabr 2026 12:00

TƏBİB-in dəstəyi ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri üçün praktiki təlim keçirilib

Yeni Klinika - TƏBİB-in dəstəyi ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri üçün praktiki təlim keçirilib

TƏBİB Akademiyasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin 20 könüllüsünün iştirakı ilə “Ürək-ağciyər reanimasiyası, AXD-nin istifadəsi” mövzusunda praktiki təlim təşkil olunub.

Təlim zamanı ürəyin qəfil dayanması zamanı vəziyyətin düzgün qiymətləndirilməsi, təcili tibbi yardımın çağırılması, ürək-ağciyər reanimasiyasının aparılması və avtomatik xarici defibrilyatordan (AXD) istifadə qaydaları izah edilib. Nəzəri biliklər simulyasiya avadanlıqları üzərində praktiki məşğələlərlə möhkəmləndirilib.

Proqram çərçivəsində könüllülər Yeni Klinikanın Təcili tibbi yardım şöbəsi və Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Photos Gallery

Digər xəbərlər