24 Avqust 2026 12:00

Yeni Klinikada mürəkkəb kliniki hallar beynəlxalq mütəxəssislərlə müzakirə olunub

Yeni Klinika - Yeni Klinikada mürəkkəb kliniki hallar beynəlxalq mütəxəssislərlə müzakirə olunub

Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının (Assosiasiya) üzvləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin həkimləri arasında müntəzəm onlayn tibbi konsiliumlara başlanılıb.

Assosiasiyanın rəhbəri, Böyük Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı Fidan İsrafilbəylinin iştirakı ilə Yeni Klinikada keçirilən konsiliumda klinikanın direktoru, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova, Mama-ginekologiya və Reanimasiya şöbələrinin həkimləri iştirak edib, üç mürəkkəb kliniki hal multidissiplinar formatda müzakirə olunub.

Qeyd edək ki, bu cür konsiliumlar müxtəlif ölkələrdə çalışan mütəxəssislərin təcrübəsinin yerli həkimlərlə bölüşdürülməsinə, mürəkkəb kliniki halların birgə müzakirəsinə və tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan yaradır.

Photos Gallery

Digər xəbərlər