15 Yanvar 2026 12:00

Yeni Klinikada radioloji elmi seminar keçirilib

Yeni Klinika - Yeni Klinikada radioloji elmi seminar keçirilib

Azərbaycan Radioloqlar Cəmiyyətinin (ARC) təşkilatçılığı ilə Yeni Klinikada Radiologiya Akademiyasının növbəti elmi seminarı keçirilib.

Seminar radiologiya sahəsində elmi inkişafın təşviqi, radioloji müayinələrin dünya standartlarına uyğunlaşdırılması, həkimlərin bilik və bacarıqlarının artırılması, eləcə də davamlı tibbi təhsilin dəstəklənməsi məqsədilə təşkil olunub.

Tədbirin açılış hissəsində ARC-nin sədri Dr. Yunus Əfəndiyev “Paranazal sinusların və osteomeatal kompleksin radioloji anatomiyası” mövzusunda məruzə ilə çıxış edib. Ardınca Dr. Pərviz Səmədov paranazal sinus patologiyalarının radioloji görüntülənməsi barədə ətraflı məlumat təqdim edib.

Seminar Yeni Klinikanın həkim-radioloqu Leyla Musayevanın “Aortanın radioloji qiymətləndirilməsi: normal anatomiya və patologiya” mövzusunda çıxışı ilə davam edib. Tədbirin elmi hissəsinin sonunda Dr. Ruslan Əsədov abdominal icmal rentgenoqrafiya, bağırsaq keçməzliyi, perforasiya və yad cisimlərin radioloji dəyərləndirilməsi mövzularını əhatə edən təqdimatla çıxış edib.

Radiologiya sahəsində çalışan mütəxəssisləri bir araya gətirən seminar interaktiv müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.

Photos Gallery

Digər xəbərlər