21 May 2026 12:00

Pulmonologiya mütəxəssisləri Yeni Klinikada bir araya gəliblər

Yeni Klinika - Pulmonologiya mütəxəssisləri Yeni Klinikada bir araya gəliblər

Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Azərbaycan Pulmonologiya Cəmiyyəti və Türk Toraks Dərnəyinin təşkilatçılığı ilə Yeni Klinikada “Ağciyərin Xroniki Obstruktiv Xəstəliyində nəzəriyyədən praktikaya: fərdiləşdirilmiş müalicə yanaşmaları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Açılış nitqləri ilə Yeni Klinikanın direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Zəhra Vəzirova, Azərbaycan Pulmonologiya Cəmiyyətinin sədri Çağla Xurşud Hüseynova və Türk Toraks Dərnəyinin ikinci sədri professor Oğuz Kılınç çıxış ediblər.

Konfransda ağciyərin xroniki obstruktiv xəstəliyinin (AXOX) risk faktorları, erkən diaqnostika, müasir müalicə yanaşmaları, pulmonar reabilitasiya və xəstə maarifləndirilməsi kimi mühüm mövzular geniş şəkildə müzakirə olunub.

Tədbirdə Türkiyədən dəvət olunmuş nüfuzlu mütəxəssislər – professor Oğuz Kılınç, professor Yelda Varol, dosent Aslıhan Gürün Kaya, professor Cantürk Taşçı və professor Deniz Doğan elmi təqdimatlarla çıxış ediblər.

Konfrans çərçivəsində beynəlxalq təcrübə mübadiləsi, multidisiplinar əməkdaşlığın gücləndirilməsi və fərdiləşdirilmiş müalicə prinsiplərinin klinik praktikaya inteqrasiyası xüsusi diqqət mərkəzində olub.

Photos Gallery

Digər xəbərlər