15 Dekabr 2025 12:00

TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikada klinik standartların təqdimatına həsr olunan maarifləndirici tədbir keçirilib

Yeni Klinika - TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikada klinik standartların təqdimatına həsr olunan maarifləndirici tədbir keçirilib

TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikada müxtəlif nozologiyalar üzrə hazırlanan klinik standartların təqdimatına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi tibbi xidmətlərin keyfiyyətinin artırılması, eləcə də bu xidmətlərin standartlaşdırılması istiqamətində görülən işlərin səhiyyə ictimaiyyəti ilə paylaşılması olub.

Tədbirin rəsmi hissəsində Səudiyyə Ərəbistanında fəaliyyət göstərən, uşaq və böyük reanimasiya şöbəsinin müdiri Elman Əzizov çıxış edərək klinik standartların əhəmiyyətindən, onların beynəlxalq təcrübələrə uyğunluğundan və bu sahədə gələcək planlardan bəhs edib.

Elmi-praktik hissədə Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi Coşqun Piriyev, həkim-pulmonoqları Çağla Xurşud Hüseynova və Səidə Mehdiyeva tərəfindən müvafiq olaraq “Anafilaksiya üzrə klinik standart”, “Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşməsi üzrə klinik standart” və “Kəskin astma üzrə klinik standart” mövzularında təqdimatlar edilib.

Elman Əzizov tərəfindən nəzərdən keçirilərək yüksək qiymətləndirilən təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda iştirakçıların sualları ekspertlər tərəfindən şəkildə cavablandırılıb.

Səhiyyə sahəsində elmi əsaslı, sübutlara əsaslanan və beynəlxalq təcrübəyə uyğun protokolların tətbiqinin genişləndirilməsini qarşıya məqsəd qoyan TƏBİB bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır.

Photos Gallery

Digər xəbərlər