Zəhra Vəzirova 1991–1997-ci illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alaraq fərqlənmə diplomu ilə məzun olub. 1997–1998-ci illərdə Akademik M.Ə. Topçubaşov adına Elmi Tədqiqat Klinik və Eksperimental Cərrahiyə İnstitutunda anesteziologiya-reanimatologiya ixtisası üzrə təhsilini davam etdirib. 1998–2001-ci illərdə həmin institutda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Tibb elmləri üzrə fəlsəfə doktoru Zəhra Vəzirova 1998–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-reanimatoloq kimi, 2005–2012-ci illərdə həmin tibb müəssisəsinin İntensiv terapiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012-2023-cü illərdə Milli Onkologiya Mərkəzinənin Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirib.
2019–2024-cü illərdə isə İ.M.Seçenov Universitetinin Tədris-Simulyasiya Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib. Eyni zamanda, 2018-ci ildən DAYAQ Patronaj Xidmətinin həmtəsisçisidir.
2018-ci ildən etibarən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Anesteziologiya-reanimatologiya fənni üzrə müəllim kimi fəaliyyət göstərir.
2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.
2020-ci ildən Azərbaycan Tibbi Simulyasiya Tədrisi Assosiasiyasının İcraçı direktoru, 2024-cü ildən “Society in Europe for Simulation Applied to Medicine” (SESAM) təşkilatının üzvüdür.
2024-cü ildən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Kliniki işlər üzrə rektor müavini vəzifəsini icra edir.
Zəhra Vəzirova 55-dən artıq elmi nəşrin müəllifidir.